Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Xidmət mərkəzi gündəlik ehtiyacların ödənilməsini təmin edəcək

Oktyabrın 28-də Unus kəndində xidmət mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, anbar yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 5 nəfər işlə təmin olunub.

Ali Məclisin Sədri ailə təsərrüfatı məhsullarına üstünlük verilməsi barədə tapşırıq verib.

Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Unus kəndinin müasir kəndlər sırasına qoşulması münasibətilə sakinləri təbrik edib.

Kənd ağsaqqalı Əsədulla Həsənov yaradılanları qoruyub saxlayacaqlarına söz verib.