Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Şahbuz şəhərində mərasim evi istifadəyə verilib

Muxtar respublikada xalqımızın qədim adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir. Məscid və mərasim evlərinin inşası da görülən bu işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir.

Oktyabrın 18-də Şahbuz şəhərində mərasim evi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 104 yerlik mərasim evi zal, 2 mətbəx və kombi otağından ibarətdir. Mərasim evi Şahbuz şəhər bələdiyyəsinin balansındadır. Bina istilik və soyutma sistemləri ilə təchiz edilib, mətbəxdə mebel quraşdırılaraq lazımi avadanlıqlar qoyulub, həyət abadlaşdırılıb.

Şahbuz bələdiyyəsinin sədri İlham Qəhrəmanov Şahbuz şəhərində əlamətdar gündə mərasim evinin istifadəyə verilməsinin sakinlər tərəfindən minnətdarlıqla qarşılandığını bildirib.

Ali Məclisin Sədri qurulanların qorunması barədə tapşırıqlar verib.