Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Naxçıvanda payızlıq taxıl əkini ilə bağlı səyyar müşavirə keçirilib

Ümummilli lider Heydər Əliyev deyib: “Taxılçılıq kənd təsərrüfatının əsas sahələrindən biridir. Biz taxıl istehsalını ilbəil artırmalıyıq... Taxılçılığı əsas sahə hesab edərək bu işlə daha ciddi, yorulmadan məşğul olmalıyıq”. Muxtar respublikada taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, onların keyfiyyətli toxum sortları və texnikalarla təminatı, istehsal edilən taxılın sərfəli qiymətlərlə qəbulu əkin sahələrinin ilbəil genişləndirilməsinə, məhsuldarlığın artırılmasına səbəb olub.

Oktyabrın 25-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında payızlıq taxıl əkininin gedişi ilə bağlı səyyar müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev muxtar respublikada 2023-cü ilin məhsulu üçün cari ilin payızında əkiləcək taxıl sahələri və hazırlıq işləri haqqında məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək muxtar respublikada taxılçılığın inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edib, müvafiq tapşırıqlar verib.

“Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin direktoru Əbülfət Əhmədov toxum istehsalı barədə görülən işlərdən danışıb.

Ali Məclisin Sədri buğda səpini prosesini izləyib.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov aidiyyəti üzrə məlumat veriblər.