Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Kənd mərkəzindəki vahid idarəetmə sistemi vaxt itkisinin qarşısını alacaq

Oktyabrın 28-də Pəzməri kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, kitabxana, Unus və Pəzməri kəndlərini əhatə edən Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və polis sahə məntəqəsi, arxiv, klub, 38 yerlik zal və qazanxana yerləşir. Kitabxana fondunda 3619 kitab vardır. Rabitə evində 96 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb. Kənddə 29 internet istifadəçisi vardır.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Elsəs Hüseynli kəndin təsərrüfat həyatı ilə bağlı məlumat verib.

Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı, yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən sosial islahatların əsas istiqamətidir. Kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilib.