Növbəti monitorinq Ordubad rayonunun Baş Dizə, Sabirkənd, Gilançay və Azad kəndləri ərazisində keçirildi.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq monitorinqlər davam etdirilir.

Növbəti monitorinq 20 noyabr 2020-ci il tarixdə Ordubad rayonunun Baş Dizə, Sabirkənd, Gilançay və Azad kəndləri ərazisində keçirildi. Adları qeyd olunan ərazilərin mövcud su tutarlarında, içməli və artezian sularında ilkin analizlər aparıldı və su nümunələri götürüldü. Qeyd edək ki, ilkin analizin nəticələri ekoloji tələblərə cavab verir. Yoxlama zamanı adları çəkilən ərazilərin yaşıllıq sahələrinin mövcud vəziyyəti öyrənildi, aqrotexniki qulluq işlərinin aparıldığı müşahidə edildi. Ərazilərdə bərk məişət tullantıları ilə çirklənmə hallarına rast gəlinmədi. Tullantılar vaxtlı vaxtında götürülərək mərkəzi tullantı məntəqəsinə daşınır və orada zərərsizləşdirilir. Ordubad rayon mərkəzi məişət tullantıları məntəqəsində tullantıların əsasən açıq vəziyyətdə saxlanıldığı və yanma hallarının olduğu qeydə alınmışdır. Bu kimi hallara qarşı müvafiq tədbirlər görülür. Muxtar Respublika ərazisində monitorinqlər bundan sonrada davam etdiriləcəkdir.
Joomla 1.5