Bist Dövlət Meşəsi ərazisində təbii bərpaya kömək məqsədi ilə toxum üsulu ilə əkin aparılmışdır.

18 noyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin payız əkin planına uyğun olaraq Nazirliyin əməkdaşları tərəfindən Bist Dövlət Meşəsi ərazisində təbii bərpaya kömək məqsədi ilə toxum üsulu ilə əkin aparılmışdır. Əkin zamanı palıd, yemişan, alça, həmərsin və badamça toxumlarından istifadə etməklə 10 ha sahədə əkin işləri aparılmışdır. Bu cür toxumla əkin davam etdirilir.

Joomla 1.5