Gənclər ağacəkmə aksiyasında iştirak edib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənclərin muxtar respublikanın gəzməli-görməli yerləri, turizm obyektləri ilə tanışlığının təmini, həmçinin sağlam həyat tərzinin təbliği məqsədilə təbiət yürüşü təşkil edilib.
Yürüşdən əvvəl gənclər Nəbatat bağında olub. Nəbatat bağında olan gənclər bağda ayrı-ayrı flora nümunələri üçün sahələr, təcrübə yerləri, nadir bitkilər kolleksiyası, tingçilik sahələri, həmçinin meyvə genefondu ilə tanış olub.
Sonra gənclər Uzunoba gölü-Plovtəpə istiqamətində yürüş ediblər. Yürüş zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı tərəfindən bölgənin coğrafiyası, bitgi örtüyü, faunası barədə ətraflı məlumat verilib. Daha sonra Uzunoba gölü ətrafında gənclərin iştirakı ilə “Bayraq Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib. Sonda gənclər üçün çay süfrəsi təşkil edilib.

Joomla 1.5