Tələbələr Arpaçay Dövlət Təbiət Yasaqlığı ərazisində olublar.

05 dekabr 2019-cu il tarixdə  NDU-nun Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinə hamiliyə verilmiş Memarlıq və mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının dördüncü kurs tələbələri istehsalat təcrübəsi çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzində, Arpaçay Dövlət Təbiət Yasaqlığı ərazisində və Sədərək rayon Su Monitorinq Laboratoriyasında olublar. Tələbələrə Duzdağ Fizioterapiya Mərkəzinin yaranması, fəaliyyəti mövcud infrastrukturu haqqında məlumat verilmişdir. Sədərək rayon Su monitorinq Labaratoriyasında tələbələrə Laboratoriyanın fəaliyyəti, aparılan analizlər, analizlərin əməliyatı və aparılması qaydaları haqqında geniş məlumat verildikdən sonra onları maraqlandıran sualları cavablandırılmışdır.

 

Ekoloji maarifləndirmə tədbiri keçerilmişdir.

03 dekabr 2019-cu il tarixdə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklerinin və Culfa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Culfa rayonu Şurut kənd mərkəzində ətraf kəndlərin ictimaiyyəti arasında hüquqi ve ekoloji maarifləndirmə tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ile İcra Hakimiyyətinin əməkdaşı Elmar Həsənov açmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov ətraf muhiti qorumağın əhəmiyyəti və ölkəmizdə həyata keçirilən ekoloji siyasət haqqında məruzə etmişdir. Daxili İşlər Nazirliyinin Culfa rayon polis şöbəsinin əməkdaşı polis mayoru Mahir Məmmədov təbiətin qorunmasında vətəndaşların hüquq və vəzifələri və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər nazirliyinin baş məsləhətçi-hüquqşunası Qəhrəman Qasımov ətraf mühitin mühafizəsinə dair qəbul edilmiş qanunvericilik haqqında çıxış etmişlər. Verilən suallara ətraflı cavablar verilmişdir.

 
 

Xalça muzeyi ziyarət olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunmuşdur. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır. Noyabr ayının 30-da Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Xalça muzeyində olmuşlar.

Xalça muzeyi 1998-ci ilin aprelindən fəaliyyət göstərir. Qala məhəlləsinin Xan dikində - 200 illik tarixə malik Xan sarayında fəaliyyətə başlayan muzey 2010-cu ildən Heydər Əliyev prospektindəki yeni binaya köçürülüb. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivlərinə  məlumat verilib ki, Naxçıvan Dövlət Xalça Muzeyində nümayiş etdirilən nümunələrin sayı 320-ni keçib. Burada müasir qoruma standartlarına uyğun şərait yaradılıb. Xovsuz və xovlu xalça növləri,  habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri muzeyi bəzəyir. İndi bu mədəniyyət ocağında Naxçıvan qrupuna aid  120 xalça nümayiş etdirilir. Habelə "Azər-İlmə" tərəfindən dünyanın müxtəlif ölkələrindən, şəxsi kolleksiyalardan əldə olunan 29 xovlu və xovsuz xalça, xalça məmulatları - üç məfrəş, xurcun, duz torbası muzeyə hədiyyə olunub.

Naxçıvan Dövlət Xalça Muzeyinin  daimi ekspozisiyası içərisində 264 xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, 60 ədəd mis və saxsı qab nümayiş etdirilir.

Bu gün Naxçıvan Dövlət Xalça Muzeyi mədəni mərkəzə çevrilib. Burada xalçaçılıqla bağlı mütəmadi sərgilər düzənlənir, kitab təqdimatları, elmi konfranslar gerçəkləşir.

 
 

Analizlər davam etdirilir

Sədərək rayon Su Monitorinq Laboratoriyasında analizlər davam etdirilir.

28 noyabr 2019-cu il tarixdə Nazirliyin əməkdaşları tərəfindən Araz və Arpa çayının Muxtar Respublikaya daxil olan hissəsində və Şir arxında ilkin analizlər aparılmış, sulardan nümunələr götürülmüş və suların tərkibində olan ağır metalların və radioaktiv çirklənməni təyin etmək məqsədilə tritium izotopunun radioaktivlik dozasının miqdarı müəyyən edilmişdir.

 
 

Tələbələr meşə tingliyi sahəsində olublar.

25 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinə hamiliyə verilmiş NDU-nun “Memarlıq və Mühəndislik fakultəsinin” “ Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri istehsalat təcrübəsi çərçivəsində Nazirliyin Meşə tingliyi sahəsində olmuşlar. Burada onlara toxumacarlıqların yaradılması, onların əhəmiyyəti və əkin texnologiyası haqqında geniş məlumat verilmişdir. Sonra tələbələr Ashabi-Kəhf yolu kənarındakı ərazidə ağac əkini qaydaları ilə tanış olmuş və ərazidə əkin işləri aparılmışdır.
Ərazidə salınmış yaşıllıq zolaqlarının suvarılması üçün qurulmuş suvarma sistemləri və damcılı suvarma üsulunun əhəmiyyəti barədə tələbələrə ətraflı məlumat verildikdən sonra tələbələr Ashabi-Kəhf ziyarətgah kompleksində oldular. Tədbirin sonunda tələbələrə çay süfrəsi təşkil etdi

 
 

Səhifə 2 > 27-dən

Joomla 1.5