Ali Məclisin Sədri Fərman imzalayıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 17-də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədəNaxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 1 oktyabr tarixli 39-II FR nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilsin.

Ardını oxu...

 

Ağbulaq Xizək Mərkəzinin ətrafında yaşıllaşdırma tədbirləri aparılır

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Şahbuz Rayon İcra Hakimiyyəti  ilə birlikdə Ağbulaq Xizək Mərkəzi ətrafındakı dağ yamaclarında əkin işləri aparıb.

Əkində Ağbulaq kəndinin təbiətinə xas olan həmərsin, badamça, yemişan və yabanı alça, həmişəyaşıl ağac tingləri və toxumları əkilib.

Qeyd edək ki, bundan əvvəl də Ağbulaq kəndində 70 hektar sahədə toxumla bərpa və 10 hektar sahədə tinglə əkin işləri aparılıb.

 
 

Sədərək rayon Su Monitorinq laboratoriyasında, Araz və Arpa çayının muxtar respublika ərazisinə daxil olan hissəsində monitorinq keçirilmişdir

09 aprel 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya ve Təbii Sərvətlər Nazirliyinin Sədərək rayon Su Monitorinq laboratoriyasında, Araz və Arpa çayının muxtar respublika ərazisinə daxil olan hissəsindən və Şir arxından götürülmüş su nümunələrində ağır metalların miqdarı və radioaktiv çirklənməni təyin etmək məqsədilə tritium izotopunun radioaktivlik dozasının miqdarı təyin edilmiş və ilkin analizlər aparılmışdır. Bundan sonrada mütəmadi olaraq analizlər aparılacaqdır.

 
 

Şahbuz şəhəri ərazisində yaşıllaşdırma tədbirləri aparılıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyin əməkdaşları tərəfindən Şahbuz şəhərində yaşıllaşdırma tədbirləri aparılıb. Sahə isə təmizləyici qurğuların ətrafındakı  terras ərazilər  seçilib. Bura tut və həmişəyaşıl ağacların tingləri əkilib. Ərazidə suvarma tədbirləri də görülüb, su xətti çəkilib.

Qeyd edək ki, yeni yaşıllıq sahəsinin salınması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təmizləyici qurğular sistemlərinin ətrafında yaşıllıq sahələrinin genişləndirilməsi barədə verdiyi tapşırığa uyğun olaraq  aparılır. Bundan əvvəl də təmizləyici qurğular sisteminin ətrafında toxum və tinglə yaşıllaşdırma tədbirləri  görülüb.

 
 

Uzunoba Su Anbarının ətrafında 1 hektar sahədə yeni meyvə bağı salınıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və tabeli idarələri tərəfindən Uzunoba Su Anbarının ətrafında 1 hektar sahədə yeni meyvə bağı salınıb. Yeni meyvə bağında yerli iqlim və torpaq xüsusiyyətlərinə uyğun müxtəlif meyvə tingləri əkilib.

Qeyd edək ki, bu ilin yazında muxtar respublikada 262 hektar sahədə meyvə bağlarının salınması, 109 mindən artıq müxtəlif meyvə tinglərinin əkilməsi nəzərdə tutulub. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq aparılacaq yaşıllaşdırma tədbirləri zamanı  kənd təsərrüfatı əkinləri üçün yararsız olan sahələrdə meyvə bağlarının salınması, eroziya və şoranlaşmaya məruz qalan torpaqların müəyyənləşdirilərək əkin dövriyyəsinə qaytarılmasına üstünlük veriləcək.


 
 

Səhifə 9 > 44-dən

Joomla 1.5