Təltif

Prezident İlham Əliyev mayın 22-də Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Əliyev Mayis Abazər oğlu

Cəfərov Qurban Qafar oğlu

Əkbərov Dünyamalı Fərrux oğlu

 

Şərur rayonunun ərazisində ərik, badam, göyrüş toxumlarından istifadə edilərək tinglik sahəsi yaradılır.

Bildiyimiz kimi muxtar respublikamızda həyata keçirilən yaşıllaşdırma tədbirlərində istifadə edilən tinglər əsasən Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatlarında yetişdirilir. Həmçinin müraciət edən fiziki şəxslər, vətəndaşlar da tinglə təmin edilir. Bu tinglər muxtar respublikamızda yetişən ağacların toxumlarından istifadə edilərək yetişdirilir ki, onlar da muxtar respublikamızın torpaq, iqlim şəraitinə tam uyğun olduğundan bitiş faizi də yüksək olur. İqlim amillərindən asılı olaraq orta dağlıq və dağətəyi zonalarda bitkilərdə vegetasiya dövrü aran ərazilərə nisbətən daha gec başlayır. Bunu nəzərə alaraq aran ərazilərdə yaz əkin mövsümündə daha uzun müddət əkin aparmaq üçün orta dağlıq və dağətəyi zonalarda tinglik sahələrinin yaradılması nəzərdə tutulmuşdur. Bu məqsədlə Ordubad rayonunun Ağdərə qəsəbəsi ərazisində, Şahbuz rayonunun Batabat ərazisində ərik, tut, badam toxumlarından istifadə edilərək tinglik sahələri yaradılmışdır. Bu gün isə Şərur rayonunun ərazisində ərik, badam, göyrüş toxumlarından istifadə edilərək tinglik sahəsi yaradılır. Bura 30 kq badam, 150 kq ərik, 50 kq göyrüş toxumları aqrotexniki qaydalara uyğun əkilir. Bundan sonra aqrotexniki qaydalara uyğun olaraq becərmə və qulluq işləri aparılacaq. Nəticədən asılı olaraq növbəti illərdə tingliyin sahəsi genişləndiriləcək və yetişdiriləcək yaşıllaşdırma işlərində onlardan səmərəli istifadə ediləcək.

 
 

Monitorinqlər davam edir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sədərək rayon Su
Monitorinq laboratoriyasında, Araz və Arpa çayının muxtar respublika ərazisinə daxil
olan hissəsindən və Şir arxından götürülmüş su nümunələrində ağır metalların miqdarı və
radioaktiv çirklənməni təyin etmək məqsədilə tritium izotopunun radioaktivlik dozasınınmiqdarı təyin edilmiş və ilkin analizlər aparılmışdır. Bundan sonrada mütəmadi olaraq analizlər aparılacaqdır.

 
 

Kəngərli rayonunun Qıvraq qəsəbəsi,Şaxtaxtı və Qabıllı kəndləri ərazisində keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq monitorinqlər davam etdirilir.

Növbəti monitorinq Kəngərli rayonunun Qıvraq qəsəbəsi,Şaxtaxtı və Qabıllı kəndləri ərazisində keçirilmişdir. Əsas məqsədimiz mövcud su tutarlarında fiziki-kimyəvi tərkibinin yoxlanılması, adları çəkilən kəndlərdə yaşıllıq sahələrində mövcud vəziyyətinin öyrənilməsi, aqrotexniki qulluq işlərinin aparılması və bərk məişət tullantılarının təlimata uyğun qaydada yerləşdirilməsindən və yoxlanılmasından ibarətdir.

 
 

Naxçıvan şəraitində püstə bağının yetişdirilməsi

Şərq ölkələrinin qiymətli bitkisi sayılan püstə vaxtı ılə Azərbaycanda, o cümlədən Abşeron yarımadasında çox geniş surətdə yayılmışdı. Bu ağacın əsl vətənlərindən biri də məhz Abşeron hesab edilir. Naxçıvan Muxtar Respublikasında isə ilk dəfə 1978-ci ildə Ordubad dayaq məntəqəsində (Əndəmic kəndi) sınaq üçün tinglər əkilmişdir. Burada aparılan tədqiqat işlərinin nəticəsi göstərmişdir ki, istər əkilib-becərilməsi baxımından, istərsə də məhsul istehsalı baxımından Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da püstə yetişdirmək mümkündür. Bu bitki toxumları və calaqetmə yolu ilə artırılır.
Naxçıvan-Sədərək avtomobil yolunun, Duzdağ massivinə yaxın sahələrdəki torpaqları püstə əkmək üçün əlverişlidir. Bu bitki aprel-may aylarında çiçəkləyir, meyvəsi avqustda yetişir. Bitkinin biomorfoloji xüsusiyyətlərini səciyyələndirən əlamətlərdən biri də odur ki, gecböyüyən, uzunömürlü olmaqla, digər qərzəkli və subtropik bitkilərlə müqayisədə quraqlığa çox davamlıdır. Bu da kəskin kontinental iqlimə malik muxtar respublikamızda bitkinin yetişdirilməsinə əlverişli şərait yaradır. Püstənin meyvəsi cəviz, fındıq, badam, şabalıd kimi bərk qutucuq içərisindədir. Naxçıvan şəraitində püstə bağının salınması üçün optimal müddət, əsasən, yazda mart ayının üçüncü ongünlüyüdür.
Naxçıvan-Sədərək avtomobil yolunun Kəngərli rayonu ərazisindən keçən hissəsində salınmış 100 hektarlıq püstə bağında da yaz mövsümünə uyğun olaraq işlər görülür. Burada dibçəkdə olan püstə tingləri ilə bərpa aparılır, ağaclara aqrotexniki qaydada qulluq edilir, damcı üsulu ilə suvarılır.

Ardını oxu...

 
 

Səhifə 8 > 44-dən

Joomla 1.5