Şahbuz rayonunda monitorinq keçirilib.

09 oktyabr 2019-cu il tarixdə  Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin monitorinq qrupu tərəfindən Şahbuz rayon mərkəzi, Ağbulaq və Nursu kəndlərində kompleks ekoloji monitorinqlər keçirilmişdir. Monitorinqlərin keçirilməsində əsas məqsəd ətraf mühitə təsir hallarının aşkarlanması və bu məqsədlə qabaqlayıcı tədbirlərin görülməsidir. Bu cür monitorinqlər Muxtar respublikamızı hər yerində davam etdirilir.

 

Ətraf mühitin mühafizəsi ilə bağlı tədbir keçirilib.

08 oktyabr 2019-cu il tarixdə Naxçıvan MR Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin, Şahbuz rayon İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin Şahbuz rayon polis şöbəsinin birgə təşkilatlığı ilə Şahbuz rayonunun Kolanı kənd mərkəzində ətraf kəndlərin ictimaiyyəti arasında hüquqi ve ekoloji maarifləndirmə tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ile İcra Hakimiyyətinin əməkdaşı Arzu Əhmədov açmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov ətraf muhitin mühafizəsinin əhəmiyyəti, muxtar respubilikamızda bu sahədə həyata keçirilən tədbirlər və hər bir vətəndaşın üzərine düşən vəzifələr movzusunda çıxış etmişdir. Şahbuz rayon polis şöbəsinin İTB rəisi polis mayoru Bəhlul Hüseyinov təbiətin qorunmasında vətəndaşların hüquq və vəzifələri və ETSN-nin baş məsləhətçi-hüquqşunası Qəhrəman Qasımov ətraf mühitin mühafizəsi qanunvericiliyinin pozulması hallarının yaratdığı inzibati məsulliyət movzusunda çıxış etmişlər. Verilən suallara dair geniş məlumatlar verilmiş və ətraflı təhlil olunmuşdur.

 
 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının fəaliyyəti barədə müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, dövlət sirri təşkil edən məlumatların məxfiliyinin qorunması bu gün qarşıda duran əsas vəzifələrdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 17 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yaradılması da bu sahədə fəaliyyətin gücləndirilməsi və qarşıya qoyulan vəzifələrin icrasına xidmət edir. Komissiyanın tərkibini diqqətə çatdıran Ali Məclisin Sədri bildirib ki, dövlət sirrinin mühafizəsi sahəsində aid təşkilatların birgə fəaliyyəti bundan sonra əsas vəzifə kimi müəyyənləşdirilir.

Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Nurlan Pənahov muxtar respublikada dövlət sirrinin mühafizəsi sahəsində görülən işlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini - Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov isə dövlət sirrinin mühafizəsi üzrə fəaliyyəti tənzimləyən qanunvericilik barədə məlumat veriblər.

Ardını oxu...

 
 

Hərbi hissələrə sovqat aparılmışdır.

Naxçıvan Muxtar Respublikası ərazisində min hektarlarla meyvə bağları salınmış və haliyyədə  bu bağlarda müxtəlif meyvə ağacları bar verməkdədir. Hər il olduğu kimi bu il də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və tabeli idarə və müəssisələr tərəfindən  meşələrdə və əkilmiş meyvə bağlarında olan, ekoloji  təmiz, saf  meyvələr, əsasən alma,  armud, şaftalı və alça toplanaraq tədarük edilir və hərbi hissələrə sovqat kimi göndərilir. Bu ildə   04 oktyabr 2019-cu il tarixində  Nazirliyin əməkdaşları N saylı hərbi hissələrdə əsgərlərlə görüş keçirmiş,  toplanmış   meyvələri sovqat kimi təqdim edilmişdir. Hərbi hissənin zabit və əsgərləri bu görüşləri yüksək qiymətləndirmiş və qeyd edilmişdir ki, ordunun bütün təminatı ən yüksək səviyyədə dövlət tərəfindən təmin edilir.  Bu görüşlərin keçirilməsi isə mənəvi baxımdan çox əhəmiyyətlidir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən   bu tədbirlər davam etdirilir.

 
 

Tələbələrlə görüş keçirilib

Bu gün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş Ekologiya və geologiya mühəndisliyi fakultəsinin tələbələri ilə görüş keçirmişdir. Görüşdə yeni startap layihələrinin hazırlanması sahəsimdə görülmüş işlər və qarşıda duran məsələlər müzakirə edilmiş. Tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

 
 

Səhifə 7 > 27-dən

Joomla 1.5