Toxumla əkin işləri aparılmışdır.

23 oktyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin payız əkin planına müvafiq olaraq Nazirliyin tabeli idarə və müəssisələri tərəfindən Ashabi-Kəhf Ziyarətgahının ətrafındakı yamaclarda 10 hektara qədər ərazidə 50 kq - dan artıq yemişan, həmərsin, badamça ardıc və s. toxumla əkin aparılmışdır. Bu kimi əkin işləri bundan sonra da davam etdiriləcəkdir.

 

18 oktyabr Dövlət Müstəqilliyi Günüdür!

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

1991-ci il... Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi.

1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Bir tərəfdən imperiyanın dağılmağa başlaması, digər tərəfdən xalqın artmaqda olan təzyiqi respublikanın hakim dairələrini manevr etmək məcburiyyətində qoymuşdu. Yuxarılarda belə hesab edirdilər ki, bu sənədin qəbul edilməsi xalqı sakitləşdirəcək, hakimiyyətin ömrünü uzatmağa imkan verəcəkdir. Ona görə dətəsadüfü deyildi ki, Konstitusiya Aktı” ilkin mərhələdə yalnız quru kağız olaraq qalır, Azərbaycan yenə də Moskvadan idarə edilir, rejim Kremlin dedıyı ilə oturub dururdu. Lakin indi bunlar arxada qalmışdır.

Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi.

Ardını oxu...

 
 

Növbəti monitorinq Sədərək rayonunda olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları tərəfindən Araz və Arpa çayının muxtar respublikaya daxil olan hissəsindən və Şir arxından su nümunələri götürülmüş Sədərək rayon Su Monitorinq Laboratoriyasında ilkin analizlər, ağır metalların miqdarı və radioaktiv çirklənmə hallarını təyin etmək məqsədilə tritium izotopunun radioaktivlik dozasının analizi aparılmışdır.

 
 

Kəngərli rayonunda monitorinq keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq monitorinqlər davam etdirilir.

Növbəti monitorinq Kəngərli rayonunun Qıvraq qəsəbəsi, Şahtaxtı və Qabıllı kəndləri ərazisində aparılmışdır. Adları qeyd olunan kəndlərin mövcud su tutarlarında, içməli su anbarı, çeşmə və suvarma sularında ilkin analizlər aparıldı və su nümunələri götürüldü. Qeyd edək ki, ilkin analizin nəticələri ekoloji tələblərə cavab verir. Monitorinqdə rayon ərazisindəki yaşıllıqların mövcud vəziyyəti və məişət tullantılarının idarə olunması araşdırılıb. Kəndlərdə yaşıllıq sahələrində aqrotexniki qaydada suvarma işlərinin aparılması tərəfimizdən qeydə alındı.

 
 

Araz və Arpaçaydan su nümunələri götürülmüşdür.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları tərəfindən Araz və Arpa çayının muxtar respublikaya daxil olan hissəsindən və Şir arxından su nümunələri götürülmüş Sədərək rayon Su Monitorinq Laboratoriyasında ilkin analizlər, ağır metalların miqdarı və radioaktiv çirklənmə hallarını təyin etmək məqsədilə tritium izotopunun radioaktivlik dozasının analizi aparılmışdır. Bu cür monitorinqlər muxtar respublikamızın digər ərazilərində müəmadi olaraq davam etdirilir.

 
 

Səhifə 6 > 27-dən

Joomla 1.5