Ağbulaq Kənd Turizim-istirahət bölgəsi ətrafındakı orta dağlıq ərazilərdə əkin aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin payız əkin planına müvafiq olaraq bu gün Nazirliyin tabeli idarə və müəssisələri tərəfindən Ağbulaq Kənd Turizim-istirahət bölgəsi ətrafındakı orta dağlıq ərazilərdə 700-dən artıq alça, yemişan, badam və badamça tingləri əkilmişdir. Həmçinin həmin ərazidə 5 ha dan artıq sahədə yemişan, badamça toxumları ilə əkin aparılmışdır. Bu kimi əkin işləri bundan sonra da davam etdiriləcəkdir.

 

Naxçıvanda "Ailə təsərrüfatı məhsulları" festivalı keçirilmişdir.

Ailə təsərrüfatları daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, ailə təsərrüfatlarının biznes planları tərtib olunmuş, onlara güzəştli şərtlərlə kreditlər və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verilmişdir. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması isə bu sahəyə marağı daha da artırmışdır.

Görülən işlərin davamı olaraq noyabrın 2-də “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak etmişdir.

Festivalın açılışından sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov çıxış edərək muxtar respublikada ailə təsərrüfatlarının inkişafı üçün görülən işlərdən danışmış, göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.

Ardını oxu...

 
 

Könüllü gənclərin iştirakı ilə “Eko yürüş” təşkil olunmuşdur.

2 noyabr 2019-cu il tarixdə Culfa rayonunun Boyəhməd kəndində yerləşən akademik Həsən Əliyev adına Zəngəzur Milli parkı ərazisində könüllü gənclərin iştirakı ilə “Eko yürüş” təşkil olunmuşdur. Əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Şövqi Əliyev çıxış edərək tədbirin mahiyyəti haqqında ətraflı məlumat vermiş və gəncləri təbiətin mühafizəsi, yaşıllıqların qorunması istiqamətində keçirilən tədbirlərdə fəal iştirak etməyə çağırmışlar. Həmçinin, yürüşun təşkil olunmasında məqsədin gənclərin təbiətə səyahət etməsi, onların yerli təbiətlə tanış olması, ekologiyaya qarşı neqativ halların qarşısının alınması, ekoloji maarifləndirmə və məlumatlandırmanın öyrənilməsi və dərk edilməsi, muxtar respublikanın ekoloji turizm potensialının gənclər tərəfindən sosial şəbəkələrdə təbliğ olunması, onlarda ətraf mühitə sevgi və qayğı hisslərinin yüksəldilməsi və yeni yaşıllıq sahələrinin salınmasında gənclərin iştirakının təmin olunması olduğunu bildirmişlər.

İlk öncə gənclər akademik Həsən Əliyev adına Zəngəzur milli parkında yerləşən muzeylərlə tanış olmuş, sonra isə gənclərin milli parkda yürüşü təşkil olunmuş, yürüş zamanı gənclərin iştirakı ilə meşə bitki toxumları əkilmişdir.
Sonda gənclərə kənd məhsullarından ibarət süfrə açılmışdır.
Gənclər və İdman Nazirliyinin 30 nəfər könüllü gəncinin iştirak etdiyi yürüş Gənclər və İdman Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.

 
 

Araz və Arpaçaydan su nümunələri götürülmüşdür.

24 oktyabr 2019-cu il tarixdə Ekologiya ve Təbii Sərvətlər Nazirliyinin Sədərək rayon Su Monitorinq laboratoriyasında Araz və Arpa çayının muxtar respublikaya daxil olan hissəsində və Şir arxında ağır metalların miqdarı və radioaktiv çirklənməni təyin etmək məqsədilə tritium izotopunun radioaktivlik dozasının miqdarı müəyyən edilmiş və suların ilkin analizi aparılmışdır.

 
 

Culfa rayonunda monitorinq keçirilib.

24 oktyabr 2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq qrupu tərəfindən Culfa rayonunun Yaycı, Dizə və Gülüstan kəndləri ərazisində ekoloji monitorinq keçirilmişdir. Monitorinqdə yaşıllıq sahələrinin mövcuf vəziyyəti, məişət tullantılarının idarə olunması, içməli su və təsərrüfat sularının mövcud vəziyyəti araşdırılmışdır.

 
 

Səhifə 5 > 27-dən

Joomla 1.5