Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Baytarlıq Xidmətinin birgə təşkilatçılığı ilə Culfa rayonunun Dəmirli və Kola ərazisində məskunlaşmış sahibkarlarla fərdi maarifləndirici tədbir keçirilmişdir.

Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Baytarlıq Xidmətinin birgə təşkilatçılığı ilə Culfa rayonunun Dəmirli və Kola ərazisində məskunlaşmış sahibkarlarla fərdi maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə əsasən yaylaq ərazilərində məişət tullantılarının idarə olunması, ziyanverici otların ərazilərdən təmizlənməsi və heyvan yataqlarında əmələ gəlmiş üzvü gübrələrin ərazilərə dağıdılması haqqında ətraflı məlumat verilmidir. Eyni zamanda heyvan yataqlarında dezinfeksiya işləri icra edilmişdir. Tədbir zamanı sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.

 

Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Baytarlıq Xidmətinin birgə təşkilatçılığı ilə Culfa rayonunun Dəmirli və Kola ərazisində məskunlaşmış sahibkarlarla fərdi maarifləndirici tədbir keçirilmişdir.

10 sentyabr 2020ci-il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Culfa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Culfa rayon Qazançı kəndində hüquqi-ekoloji marifləndirilmə tədbiri keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd əhalinin ekoloji təhsilinin artırılması və ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin rolunun artırılmasıdır. Tədbirdə vətəndaşlar tərəfindən verilən suallar cavablandırılmışdır. Bu kimi tədbirlər bundan sonrada davam etdiriləcəkdir.

 
 

Şərur rayon Dəmirçi kəndində qanunsuz ov aşkarlanmışdır.

Zeyvə kənd sakini Cabbarov Cabbar Rəfael  oğlu və Çomaxtur kənd sakini Zeynalov Azər Akif oğlu qanunsuz kəklik ovu etmələri faktı aşkar olunub. Həmin şəxslər etdikləri əməllərdən peşman olduqlarını bildiriblər. Gəlin təbiətimizin zənginliklərini qoruyaq!

 
 

Təbii sərvətlərimizin nümayiş olunduğu muzey

Muxtar respublika yerüstü sərvətlərlə yanaşı, yeraltı  faydalı qazıntılarla da zəngindir. Bu sərvətlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi tərəfindən mütəmadi olaraq araşdırılır. Culfa şəhərində yaradılan Geologiya Muzeyində isə bu sərvətlər eksponat kimi nümayiş olunur.  Muzeyin fondunda 700 eksponat, həmçinin muxtar respublikanın geologiya və faydalı qazıntılar xəritələri də nümayiş olunur.

 
 

20 avqust 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində payız-qış mövsümü ilə əlaqədar müşavirə keçirilmişdir.

2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı 12 avqust 2020-ci il tarixdə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən verilmiş tapşırıqlar və qarşıda duran vəzifələrlə əlaqədar 20 avqust 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən müşavirədə nazir Mayis Əliyev məruzə ilə çıxış edib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyev yolunu uğurla davam etdirən Ali Məclisin Sədri cənab Vasif Talıbovun həyata keçirdiyi siyasi strategiya nəticəsində muxtar respublikada hərtərəfli inkişafa nail olunub. Məharətlə tətbiq edilən idarəetmə sistemi əsasında sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənib, əhalinin rifah-halı yüksələrək ərzaq və enerji təhlükəsizliyi tam təmin edilib.

Ardını oxu...

 
 

Səhifə 4 > 44-dən

Joomla 1.5