Uzunoba gölünün ətrafında iməcilik keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasında ekologiyanın zənginləşdirilməsi diqqətdə saxlanılır. Aparılan tədbirlərin nəticəsidir ki, muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir. Yaşıllaşdırma tədbirləri payız aylarında da davam etdirilir, yeni meyvə bağları salınır. Noyabrın 23-də muxtar respublikada payız mövsümünün növbəti iməciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba gölünün ətrafında keçirilən iməcilikdə iştirak ediblər. İməcilik iştirakçıları 2 hektar ərazidə 1500 müxtəlif meyvə və üzüm tingləri əkib, aqrotexniki qulluq göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib.

 

Növbəti monitorinq Sədərək rayonunun Heydərabad qəsəbəsində olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq monitorinqlər davam etdirilir.

Növbəti monitorinq Sədərək rayonunun Heydərabad qəsəbəsi,Qaraağac və Sədərək kəndlərində keçirilib. Əsas məqsədimiz mövcud su tutarlarında fiziki-kimyəvi tərkibinin yoxlanılması, adları çəkilən kəndlərdə yaşıllıq sahələrində mövcud vəziyyətinin və bərk məişət tullantılarının təlimata uyğun qaydada yerləşdirilməsinin yoxlanılmasından ibarətdir.

 
 

Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri ilə görüş olub

Bu gün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinə hamiliyə verilmiş NDU-nun “Memarlıq və Mühəndislik fakultəsinin” “ Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələrinin və “Geologiya mühəndisliyi” ixtisasının ikinci kurs tələbələrinin iştirakı ilə nazirliyin akt zalında istehsalat təcrübələrinin əhəmiyyəti və startapların yaranması mövzusunda seminar keçirilmişdir. Seminarda tələbələrin nəzəri biliklərinin istehsalatda tətbiqi, onların mühəndis kimi yetişməsində istehsalat təcrübəsinin əhəmiyyəti və startapların yaranması haqqında məlumatlar verilmiş, görüləcək işlər haqqında diskusiya aparılmışdır.

 
 

Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.

Prezident İlham ƏLİYEV deyib:

-Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir. Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir. Hazırda düşmənlə sərhəddə vəziyyət necədir və hərbi potensialın möhkəmləndirilməsi üçün əlavə hansı işlər görülməlidir?

Ardını oxu...

 
 

Ağbulaq istirahət mərkəzi ətrafında meşə və meyvə tingləri əkilmişdir.

Naxcıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli idarə və müəssisələrinin iştirakı ilə payız əkin planına uyğun olaraq Ağbulaq istirahət mərkəzi ətrafında 600-dən çox meşə və meyvə tingləri əkilmişdir.

 
 

Səhifə 3 > 27-dən

Joomla 1.5