2020-ci ilin payız əkin mövsümünün toxumla əkin işlərinə başlanmışdır.

20 oktyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ağbulaq kənd Turizm-İstirahət Mərkəzi ətrafındakı yamaclarda həmərsin, yemişan, badamça və alça toxumlarından istifadə olunmaqla 12 ha, sahədə toxumla əkin işləri aparılmışdır.

 

Şahbuz rayonunun Ayrınc, Qızıl Qışlaq, Güney Qışlaq və Kükü kəndləri ərazilərində keçirildi.

20 oktyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq monitorinqlər davam etdirilir. Növbəti monitorinq Şahbuz rayonunun Ayrınc, Qızıl Qışlaq, Güney Qışlaq və Kükü  kəndləri ərazilərində keçirildi. Adları qeyd olunan ərazilərin mövcud su tutarlarında sularında ilkin analizlər aparıldı və su nümunələri götürüldü. Qeyd edək ki, ilkin analizin nəticələri ekoloji tələblərə cavab verir. Yoxlama zamanı adları çəkilən ərazilərin yaşıllıq sahələrinin mövcud vəziyyəti öyrənildi, aqrotexniki qulluq işlərinin aparıldığı müşahidə edildi. Ərazilərdə bərk məişət tullantıları ilə çirklənmə hallarına rast gəlinmədi. Tullantılar vaxtlı vaxtında götürülərək mərkəzi poliqona daşınır və orada zərərsizləşdirilir.

 
 

Şahbuz rayon Külüs kəndində hüquqi-ekoloji marifləndirilmə tədbiri keçirilmişdir.

23 sentyabr 2020ci-il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Şahbuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz rayon Külüs kəndində hüquqi-ekoloji marifləndirilmə tədbiri keçirilmişdir. Həmçinin tədbirdə Şahbuzkənd və Keçili kəndlərinin ictimaiyyətidə iştirak etmişdir. Tədbirin keçirilməsində məqsəd əhalinin ekoloji təhsilinin artırılması və ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin rolunun artırılmasıdır. Tədbirdə vətəndaşlar tərəfindən verilən suallar cavablandırılmışdır. Bu kimi tədbirlər bundan sonrada davam etdiriləcəkdir.

 
 

Gənc ekoloq və geoloqlar Əlincəçay ətrafındakı səpinti qızıl axtarışında iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hamiliyinə verilmiş tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərini də artırmaq məqsədilə bir sıra tədbirlər görülür. Bu dəfə gənc ekoloq və geoloqlar Əlincəçay ətrafındakı səpinti qızıl axtarışında iştirak ediblər.

Təcrübədə bölgədəki axtarış və kəşfiyyat işlərindən danışan Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin baş geoloqu Sultan Rzayev Əlincəçay ətrafında səpinti qızıl axtarışının 1960-cı illərdən başlandığını və uzun müddət ərzində bölgülər üzrə işlər aparıldığını bildirib. Qeyd olunub ki, 2016-cı ildən Qızılca-Camaldın bölgəsində axtarışlara başlanılıb. Sonra diametri 219 millimetr olan xüsusi qazma avadanlığı barədə məlumat verilib, axar suda yuyularaq qızıl nişanlarının əldə olunması öyrədilib.

İş prosesləri ilə tanışlıqdan sonra gənc ekoloq və geoloqlar Culfa şəhərindəki Geologiya muzeyində olublar. Geoloji Tədqiqat Mərkəzində də olan tələbələrə laboratoriyada daş süxurların analizi və digər iş sahələri  haqqında ətraflı məlumat verilib.

 
 

Növbəti monitorinq Şərur rayonunun Püsyan, Təzə kənd, Danyeri və Xanlıqlar kəndi ərazilərində keçirildi.

11 sentyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq monitorinqlər davam etdirilir. Növbəti monitorinq Şərur rayonunun Püsyan, Təzə kənd, Danyeri və Xanlıqlar kəndi ərazilərində keçirildi. Adları qeyd olunan ərazilərin mövcud su tutarlarında, içməli və artezian sularında ilkin analizlər aparıldı və su nümunələri götürüldü. Qeyd edək ki, ilkin analizin nəticələri ekoloji tələblərə cavab verir. Yoxlama zamanı adları çəkilən ərazilərin yaşıllıq sahələrinin mövcud vəziyyəti öyrənildi, aqrotexniki qulluq işlərinin aparıldığı müşahidə edildi. Ərazilərdə bərk məişət tullantıları ilə çirklənmə hallarına rast gəlinmədi. Tullantılar vaxtlı vaxtında götürülərək mərkəzi poliqona daşınır və orada zərərsizləşdirilir.

 
 

Səhifə 1 > 42-dən

Joomla 1.5