Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

YASAQLIQLAR

Fəaliyyət istiqamətləri
“Arazboyu” Dövlət Təbiət Yasaqlığının yaradılması.
Azərbaycanda ilk yasaqlıq 1961-ci ildə yaradılmışdır. Naxçıvan Muxtar Respublikasında isə 2005-ci ildə Arazboyu, 2009-cu ildə Arpaçay Dövlət Təbiət Yasaqlıqları yaradılmışdır. “Arazboyu” Dövlət Təbiət Yasaqlığı Ali Məclisi Sədrinin 2005-ci il 23 sentyabr tarixli 212-01/S nömrəli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad rayonlarının inzibati ərazilərində yaradılmışdır. Yasaqlığın ərazisi 9118 hektar təşkil edir. "Arazboyu" Dövlət Təbiət Yasaqlığı - ətraf mühitin mühafizəsi və ondan səmərəli istifadə olunması, nadir endemik və nəsli kəsilmək təhlükəsi altında olan flora (süsən, Araz palıdı, dağdağan, qırxbuğum, cüzgün, qrossheym südlüyəni, qəşəng süsən, sirkənvari həlməl, yabanı əncir, adi nar (yabanı nar), Qafqaz dağdağanı və s.) və fauna növlərinin (Merkuri və Linden iynəcəsi, qısaqanad bolivariya cırtdan çöpçük, qıvrımələk və çəhrayı qutan, ərsindimdik, göy dimdik, kiçik qu, mərmərə cürə, ağquyruq dəniz qartalı, saqqallı qartal, məzar qartalı, qırmızıqanad dırmanc, qamış pişiyi, manual pişiyi, Kiçik Asiya kərtənkələsi, Suriya sarımsaqiyli qurbağası və s.) tarixi mədəniyyət, arxeoloji və memarlıq abidələrinin (Gülüstan türbəsi, Culfa körpüsü və s.) qorunub saxlanması məqsədilə yaradılmışdır. Yasaqlıq – təbiət komplekslərinin və komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması məqsədilə yaradılan və xüsusi mühafizə olunan təbiət ərazisi olmaqla yanaşı bioloji, paleontoloji və hidroloji profilidir. Yasaqlığın funksiyaları. 1. Təbiət komplekslərinin və komponentlərinin qorunması və ya bərpası; 2. Ekoloji tarazlığın saxlanılması; 3. Yaranma profilindən (məqsədindən) asılı olaraq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən təsərrüfat fəaliyyətindən müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməsini təmin etmək; 4. Ekoloji monitorinqlərdə iştirak etmək; 5. Elmi, mədəni tədris və məhdud təsərrüfat fəaliyyətlərini həyata keçirmək; “Arazboyu” Dövlət Təbiət Yasaqlığının binası. “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, Meşələrin İnkişafı İdarəsinin balansında olan inzibati binanı 1 (bir) iş otağında fəaliyyət göstərir.
“Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılması.